23.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxananın Abonement şöbəsi 23.11.2021- ci il tarixdə "Qarabağ müharibəsi " ədəbiyyatımızda adlı kitab xülasəsi keçirdi. Kitabxanaçı İlahə Nəbizadə I,II Qarabağ müharibəsi haqqında məlumat verdi , və bildirdi ki, tariximizi tanıtmağın bir yolu da ədəbiyyatdır.Tarixçilər, ədəbiyyatşünas alimlər, tarixi mövzuda bədii əsərlər yazan müəlliflər də Azərbaycan dövlətinin bu gününü ,böyük keçmişini faktlarla süslənmiş rəngli bir mənzərəsini yaradırlar.
Sonra hər səhifəsində Qarabağ müharibəsindən bəhs edilən Vəli Həbiboğlu Keşlə şəhidləri, İlham Xudiyev “Erməni təcavüzünün Qarabağ ünvanı” İlham Cəmiloğlu Yaxın , uzaq Xankəndi”,“Şahtaxtı Sabir Soyqırımdan Xocalıya,”Hidayət Burdan min atlı keçdi” və başqa kitabların xülasəsi ilə oxucuları tanış etmişdır.
Tədbirdə kitabxananın fəal oxucularıda iştirak etdi